Audit Meneceri

İşin təsviri

Vəzifə : Audit Meneceri

İşə götürən: Vest Consulting ltd

Tabeçilik : Audit Departamentinin direktoruna

Vəzifə öhdəlikəri :

- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət olunması
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması

Tələblər:

- İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
- ACA, ACCA, CİSA vəya bənzəri istiqamətlər üzrə təhsil, İFRS-i yaxşı bilmək
- Maliyyə vəya mühasibatlıq sahəsində 3-4 il iş təcrübəsi
- “Big 4” Audit şirkətlərində iş  təcrübəsi arzuolunandır
- İngilis və rus dillərini bilmək
- Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı

CV-lər şəkilli və azeri dilində [email protected] ünvanına təqdim edilsin.