Müştəri xidməti üzrə mütəxəssis

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 18.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədlər üçün irəli sürülən tələblər:

- İqtisadiyyat üzrə ali təhsil
- Bu sahədə ən azı 1 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• müştərilərin müraciətinə əsasən onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparır;
• plastik kartlara aid olan bütün xidmətləri həyata keçirir;
• fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması və saxlanılması işini təşkil edir;
• müştərilərin müraciətlərinə əsasən təcili pul köçürmə sistemləri üzrə əməliyyatları aparır;
• müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edir;
• müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin edir;
• müştərilərin banka təqdim etdiyi sənədlərin qorunub saxlanılmasını təmin edir;
• fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların milli və xarici valyutada ödənişlərinin və əlavə olunan təsdiqedici sənədlərin qəbulunu, yoxlanılmasını, icrasını və ödənişlər üzrə hesabatların hazırlanmasını təmin edir;
• idxal-ixrac əməliyyatları üzrə bütün normativ qaydaların tələblərini yerinə yetirir.

Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.