Vəzifə öhdəlikləri:
• Gəlir/Xərclərin uçotu, Jurnal qeydlərinə nəzarət.
• Maliyyə məlumatlarının təhlili və Aylıq / Rüblük / İllik hesabatların və Balans Hesabatının hazırlanması.
• Ay sonu əməliyyatlarının tamamlanması.
• Maliyyə və idarəetmə hesabatlarına ümumi baxış və keyfiyyətə nəzarət
• Maliyyə yoxlanışlarına və baş kitabın hazırlanmasına kömək.
• Digər şöbələrlə sıx əlaqə (Təchizat və s.); Əmtəə Olmayan Malların və Satış nöqtələrinin nəzarəti və İzlənməsi;
Vəzifə tələbləri:
• Bakalavr dərəcəsi;
• Minimum 1 il müvafiq iş təcrübəsi
• ACCA F3 (Maliyyə uçotu)
• Sənədlərə nəzarət və müvafiq iş prosesləri haqqında biliklər;
• Sürətlə inkişaf edən mühitdə normal performansın göstərilməsi və gərgin iş rejiminin peşəkarlıqla idarə edilməsi;
• Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
• Yaxşı təşkilatçılıq bacarığı;
• Kompüter proqramları üzrə mükəmməl iş bilikləri (Microsoft Suite, xüsusən də Excel ilə işləmək bacarığına üstünlük verilir);
Zəhmət olmasa CV / Qısa Tərcümeyi-halınızı "Kiçik Mühasib" başlığı ilə [email protected] ünvanına göndərin.