Marketinq üzrə mütəxəssis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Marketinq sahəsində iş təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur;
- Bizim marketinq mütəxəssisimiz, yəni sən, reklam işi ilə həvəslə məşğul olursan. Yeni şirkətləri cəlb etmək üçün məhsul və xidmətlərimizi kreativ şəkildə təqdim edirsən.
- Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

- Marketinq reklam və kampaniyalarının təşkili, nəticələrin analizi;
- Tanıtım materialların hazırlanması (təqdimatlar, broşuralar, kataloqlar);
- Sosial şəbəkələrin və vebsaytın idarə edilməsi;
- Tədbirlərin təşkil edilməsi (daxili, korporativ, beynəlxalq);
- Təqdimatların hazırlanması.

Dəyərlərimiz:

o İnkişaf və davamlı öyrənmək istəyi
o Qayğı göstərmək və kömək etmək istəyi
o Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
4. Rəhbərlə müsahibə

Şərtlər:

- Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
- Sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
- Marketinqin əsas prinsipərini araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
- Daha çox partnyor, daha çox layihə cəlb edərək sən daha yaxşı nəticələrə imza ata bilərsən.
- İş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Aylıq əmək haqqı: 1000-1200 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə [email protected] ünvanına göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!