Satış üzrə mütəxəssis

  • Royal Development
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Satış bacarıqlarına malik olmaq;
• Ünsiyyət qabiliyyətinin olması;
• İngilis və rus dillərində səlis bilmək, türk dilində anlamaq;
• İnşaat və tikinti sahəsində hər hansı administrativ və ya satış təcrübəsinin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
– Müştərilərdən sifarişlərin qəbul olunması və növbəti addımların izlənilməsi;
– İstəyə uyğun olaraq verilən təklif əsasında satışın həyata keçirilməsi.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 Noyabr, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına, mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.