Royal Development


Royal Green Garden park, Astara Royal park, Royal City park, Astara Otellər kompleksi, Astara Agro Park kompleksi, Astara Logistik və Biznes mərkəzi, Stella Residence, Təbriz evləri, Nabran Resort Otellər kompleksi və s. layihələrin yaradıcısı olan Royal Holding QSC şirkəti, ölkədə baş verən prosesslərdə yaxından iştirak etmək və eləcə də Azərbaycan memarlığının inkişafına verdiyi tövhələrlə bu gün ən qabaqcıl şirkətlər siyahısında ön sıralarda yer almaqdadır.

Şirkətimizin qarşısında duran başlıca məqsədlərdən biri, ölkəmizdə bir çox sahələrdə beynəlxalq rəqabətə davamlı inşaat, istirahət mərkəzləri, kənd təsərrüfatı, aqrar komplekslər və istehsal müəssələrinin xarici investisiya hesabına inkişaf etdirilməsidir.

Xüsusilə son dövrlərdə ölkədə turizmin sürətli inkişafı, bu sahəyə xarici investorların cəlb edilməsi  və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf şikətimizin diqqət mərkəzindədir. Şirkətimiz bölgələrdə turizm infrastrukturunun təkminləşdirilməsində yaxından iştirak edərək, yuxarıda adları sadalanan layihələrin tikilməsilə əlaqədar investorlarla danışıqları davam etdirir.

Bu sahədə şirkətimiz həm müvafiq nazirliklərlə Turizm, İqtisadiyyat, Xarici işlər, Maliyyə və Əmlak Nazirliyi, eləcə də Bakı şəhəri Nəsimi və Qaradağ rayonu, Astara Rayon icra Hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Bu müstəvidə ilkin razılıqlar artıq əldə edilmişdir.

Royal Holding QSC daxilində ” Royal Companies Corparation”, “Royal Constraction Company”, “Royal İnvestment Group”, “Cottering Services” və “Xilə Fk”kimi kompaniyaları birləşdirir.

Royal Constraction Company.

Keyfiyyətli və peşəkar fəaliyyəti sayəsində Azərbaycan memarlığının ən gözəl nümunələrini yaradan və inşaat bazarında layiqli yerini tutan Royal Constraction Company sürətlə inkişaf etməkdədir. Şirkət layihələndirmə, təmir tikinti və əsaslı təmir, yenidən qurma və bərpa işlərinin aparılmasında öz peşəkarlığını  ortaya qoyur. Həmçinin  şirkət dizayn, landşaf dizayn, sənaye, ofis və yaşayış binaları kimi müxtəlif səviyyəli layihələri asanlıqla həyata keçirir. Burada sifarişçilərin bütün tələb və istəklərini nəzərə alan memar, dizayner və mühəndis konstruktorların başlıca məqsədi göz oxşayan füsunkar gözəllik yaratmaq,  yeniliyə imza atmaq və eyni zamanda təkrar olunmaz üslub yaratmaqdır.

Layihə işlərinin maliyyələşdirilməsi, investisiya fondlarının və oxşar maliyyə təşkilatlarının fəaliyyətinin, holding kompaniyalarının və Azərbaycan Respublikasının qanunvericiliyində qadağan olunmayan digər fəaliyyətlərin, xarici və yerli investorlar tərəfindən maliyyələşdirilməsini və sahibkarlığını təmin etmək məqsədi ilə yaradılan Royal İnvestment Group, xarici və yerli, fiziki və hüquqi şəxslərin tələbatlarını təmin etməklə yanaşı  bu fəaliyyətdən gəlirlər əldə edir. Eyni zamanda təsisçilərin iqtisadi maraqlarını da temin edir.

Mükəmməl dad, xüsusi zövq, rahatlıq və mükəmməllik müştəri və sifarişçilərin ehtiyaclarının ən mükəmməl şəkildə qarşılanması dedikdə ağlımıza ilk növbədə şirkətimiz tərəfindən yaradılan  “Cattering Service”gəlir. Companiya Royal və digər irimiqyaslı  şirkətlərə xidmət göstərmək məqsədi ilə yaradılmışdır. Fəaliyyətə başlayacaq kompaniya şirkətimizi faydalı və sağlam qida ilə təmin etmək məqsədi ilə yaradılmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?