Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
3. Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi;
4. Şöbədaxili riskləri müəyyən etmək və qiymətləndirmək ;
5. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması işinə töhfə vermək;
6. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
7. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
8. Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
9. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
10. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
11. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması

Namizədə olan tələblər:

İş təcrübəsi: Aktuar, data analitika və ya sığorta sektorunda 1 ilədək iş təcrübəsi
Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), Kibernetika, Statistika, Data Analitika ixtisasları üzrə balakavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
Üstünlüklər: Beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi və ya iştirak etməsi. Magistr dərəcəsi. Proqramlaşdırma (VBA, SQL, Alteryx, Python, C#) biliyi.
Kompüter bilikləri: MS Excel: əla , MS Word: əla, MS PowerPoint: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi