Marketing Manager

  • VMF
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
• Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
• Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
• Qiymət strategiyasının işlənib hazırlanması;
• Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
• Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
• Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
• Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
• Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
• Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
• Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
• Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
• Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
• Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

İş saatı: 09:30-dan 18:30-dək
İş günləri: 1-6 ci günlər
Əmək haqqı namizədin bacarıqlarına görə təyin ediləcəkdir

Namizədə tələblər:

• Marketinq sahəsində ali təhsili
• 25-35 yaş
• Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
• Analitik və kreativ düşünmə tərzi
• Təqdim etmə bacarığı
• Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq
• MS Office-də işləmək bacarığı
• Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları
• İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir
• Sosial Media İşlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə
• Müştərilər üzrə Sosial media strategiyalarının hazırlanması
• Müştərilər üzrə mətnlərin hazırlanması
• Müştərilərlə əlaqə, müştəri məmnuniyyətinin təmin olunması
• Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı
• Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
• Reklamların təyin edilməsi və idarə edilməsi
• Reklamların və görülən işlərin analizi bacarığı
• Google ads üzrə işləmə bacarığı
• Photoshop və dizayn proqramlarinin bilməsi
• Planlaşdırma və realizasiya bacarığı
• Məsuliyyətli və diqqətli olmaq
• Komandada işləmə bacarığı
• Kreativ düşüncə

Namizədlər CV-lərini Marketing Manager başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi