Sistem inzibatçısı (Microsoft)

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN TƏSVİRİ:

● İT sistemlərinin daimi monitorinqi;
● Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
● Mövcud servislərin dayanaqlılığını təmin etmək;
● Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
● Bütün dəyişikliklərin sənədləşdirilməsi;
● Server avadanlıqlarının quraşdırılması;
● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
● 24/7 mövcudluğu;
● Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
● İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

● İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
● MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır;
● Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
● Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
● Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
● Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;
● Sistem firewall ilə işləmək bacarığı;
● Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication;
● High availability sistemləri ilə iş təcrübəsi;
● Mail servisləri ilə iş təcrübəsi - Exchange server 2016/2019;
● Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
● Configuration Management tool-larla təcrübə - SCCM;
● Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible.
● İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
● Sahə üzrə iş təcrübəsi ən azı 3 il.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi