Marketinq üzrə mütəxəssis

  • Green Tech
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müəssisənin marketinq strategiyasını və siyasətini həyata keçirir;
• Marketinq sahəsində davamlı axtarışlar aparır, yeniliklərlə bağlı rəhbərliyi məlumatlandırır;
• Müəssisənin fəaliyyətinin həyata keçirildiyi sahə ilə bağlı reklam kampaniyalarına, müəssisənin ictimaiyyət arası tanınmasına nəzarət edir;
• Şirkətin bazara təqdim etdiyi bütün məhsulların reklamını və PR fəaliyyətini təmin edir;
• TV, radio, çap media və başqa kommunikasiya kanallarını idarə edir;
• Müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, müəssisənin patnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlar aparır;
• Bilavasitə rəhbərliklə olan razılaşmadan sonra müxtəlif hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır.

Namizədə olan tələblər:

• Ali təhsil (Marketinq üzrə minimum bakalavr dərəcəsi)
• Analoji sahədə ən az 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi üstünlükdür);
• Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
• Güclü analitik və layihələri idarə etmə qabiliyyəti;
• Yaradıcı və yenilikçi düşünmə bacarığı;
• Çox güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək bacarığı.

İş şəraiti:

• 5 günlük iş həftəsi;
• Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur.
• İş yeri Binə qəsəbəsində yerləşir.
• Əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunur.

Qeyd olunan tələblərə cavab verdiyiniz halda müraciət anketinizi [email protected] elektron ünvanına (mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə) göndərə bilərsiniz.