Yol Mühəndisi

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Müvafiq sahədə Ali Təhsil;
• Yol tikintisi sahəsində təcrübəyə malik olmalı. Tikinti sahəsində iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
• İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və bu sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
• İş planlama və təşkil etmə bacarığı olmalı;
• Mexaniki sürət qutusunu idarə etməyi bacarmalı; ( B,BC kateqoriyalı).

Vəzifə öhdəlikləri:

• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
• Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
• Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
• Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.

İş rejimi: 6 günlük

Təminatlar:

• Gecələmək üçün yer təminatı;
• Gün ərzində 3 dəfə qidalanma;
• Avtomobil təminatı;

Qeyd: Daşkəsən rayonu, Tülallar-Zurnabad-Gəncə Qəsəbəsi ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Yol Mühəndisi/Road Engineer” qeyd edərək [email protected] elektron ünvanına CV göndərməniz xahiş olunur.