Korporativ hüquqşünas

  • Company
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri (qısa təsvir):

• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
• Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
• Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
• Cəmiyyət daxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
• Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
• Qanunvericiliyə edilmiş əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
• Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.

Namizədə olan tələblər:

• Hüquq sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Qanunvericiliyini mükəmməl bilməli;
• Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, Rus dili biliyi mütləqdir.
• MS Office (Word, Excel, Power point), Opera bilikləri;
• Güclü ünsiyyət və hüquqi yazışma bacarıqları.

İş şərtləri:

• İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
• Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ hüquqşünas” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.