Biznes analitik

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

o İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
o Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
o Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
o Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
o Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.

Tələblər:

o İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
o Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
o Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
o Kompüter bilikləri: MS Word, MS Excel, MS Project, MS Visio;
o Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
o Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
o SQL üzrə biliklər;
o Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
o Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
o İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.

o İş qrafiki: 5 iş günü, 09:00-18:00
o İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi