Sosial işçi

İşin təsviri

PROFİLİNİZ:

• Sosial iş sahəsində ali təhsil;
• Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);
• Sosial və təşkilati bacarıqlar;
• Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;
• Fərdi və komandada işləmək istəyi və bacarığı;
• Stress altında işləmək bacarığı;
• Kompüter biliyi (MS Office);

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Hədəf qrupundan olan uşağın layihələrə qəbul prosesini dəstəkləmək;
• Hədəf qrupundan olan uşaqların və ailələrin ilkin qiymətləndirilməsi;
• Uşaq Kəndində yaşayan uşaqların ildə bir dəfə olmaq şərti ilə Əsaslı qiymətləndirilməsini aparmaq və Fərdi İnkişaf Planı tərtib etmək;
• Fərdi İnkişaf Planında nəzərdə tutulmuş xidmətlərin həyata keçirməsinə dəstək olmaq və daimi nəzarət etmək;
• Keyslərə baxış prosesini həyata keçirmək;
• Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq;
• Ailələrin fərdi inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək;
• Əsas tərəfdaşlarla əməkdaşlıq etmək;
• Bioloji ailəsinə qaytarılmış uşaqların 1 il ərzində monitorinqini aparmaq.

İŞ ŞƏRTLƏRİ:

- Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
- 780.00 AZN (vergilər daxil) əmək haqqı;
- Həftədə 2 gün istirahət;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 20 Oktyabr 2021-ci il tarixədək “Bakı GQM/KQE/Sosial İşçi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!