Kreditlərin ilkin təqibi şöbəsinə mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

- Təhkim olunmuş gecikmə qruplarına gündəlik zənglərin olunmasının təşkili;
- Müştərilərlə danışıq nəticələrinin mövcud sistemdə düzgün qeydiyyatının aparılması və qeydlərin düzgünlüynə görə məsuliyyətin daşınması;
- Müştərilərlə danışıq zamanı şəxsi münasibətlərə yol verilməməsi, korporativ mədəniyyətin qorunub saxlanması;
- Zənglərin keyfiyyətli və ödəniş olunması istiqamətində təhrikedici üslubda təşkili;
- Birbaşa tabeliyində olan rəhbərə gündəlik fəaliyyətinin statistik hesabatlarının təqdim edilməsi.

Bizim üçün uyğun namizəd:

- İqtisadiyyat və ya hüquq istiqaməti üzrə ali təhsili olan;
- Aktiv kommunikasiya bacarığı olan;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin ilkin təqibi şöbəsinə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi