Daxili audit üzrə kiçik mütəxəssis

  • AZ FP Co LTD
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

- Audit plan və proqramlarına uyğun olaraq audit prosedurlarının həyata keçirilməsi;
- Şirkətdaxili proseslərin anlaşılması üçün müsahibələrin həyata keçirilməsi və sənədləşdirilməsi;
- Həyata keçirilən audit prosedurlarının sənədləşdirilməsi;
- Şirkətdə əməliyyatların mövcud siyasət və prosedurlara uyğunluğun yoxlanması;
- Şirkətin daxili nəzarət mexanizmlərinin, o cümlədən əməliyyatların səmərəli və effektiv qurulmasının qiymətləndirilməsi;
- Audit sənədlərinin qorunub saxlanmasını təmin etmək;
- Aşkarlanan audit müşahidələrinin xətti rəhbərlərinə çatdırmaq və müvafiq tövsiyələr vermək;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
- İşlə əlaqəli olaraq ezamiyyələr etmək.

Sizdən nə tələb olunur?

- Audit, Maliyyə, Mühasibatlıq sahəsində bakalavr təhsili;
- 1 ilədək uyğun sahədə iş təcrübəsi
- Yüksək kommunikasiya, Azərbaycan və İngilis dillərində səlis danışıq bacarığı
- Hər hansı peşəkar sertifikat üstünlükdür (ACCA, CİA, CFE)
- Analitik düşünmə bacarığı və detallara diqqət yetirmək
- Komanda üzvü kimi işləmə bacarığı;
- İşin aparılmasında beynəlxalq etika məcəlləsinin tələblərini və konfidensiallığın təmin edilməsi

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili audit üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.