Biznes analitik

İşin təsviri

Vəzifəyə olan tələblər:

• İnformasiya texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 3 il iş təcrübəsi;
• IT analitika, Biznes analitika və ya oxşar sahədə iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək bacarığı;
• Biznesin tələblərini anlamaq;
• Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmə təcrübəsi;
• Proqram təminatının tətbiq edilməsi prosesi haqqında biliklər;
• Rus və ya ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• SQL üzrə biliklər;
• Funksional spesifikasiyanın yazılması və yaradılması;
• Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr:

• Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
• Tələblərin izlənilməsi;
• Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
• İnternet bankçılıqda və ya Əsas bank sistemi üzrə dəyişikliklərin/yeniliklərin tətbiq olunması;
• Biznes tələblərə görə hesabatların hazırlanması;
• Yeni funksionallığın test olunması və tətbiq olunması;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
• Daima yeni texnologiyalar haqqında biliklərin öyrənilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Noyabr ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi