Mikro (biznes) kreditləri üzrə kiçik kredit mütəxəssisi

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 11.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

∙ Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
∙ Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
∙ Şirkətin daxili sistemini öyrənmək
∙ Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
∙ Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
∙ Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
∙ Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Tələblər:

∙ Ali təhsil
∙ Azərbaycan dilində səlist danışıq qabiliyyəti
∙ Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
∙ Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
∙ Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
∙ İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
∙ Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 12 noyabr 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində müraciət etdiyiniz vəzifənin adını “Mikro (biznes) kreditləri üzrə kiçik kredit mütəxəssisi” qeyd etməyiniz vacibdir. Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi