Korporativ müştərilər üzrə Satış mütəxəssisi

İşin təsviri

Namizədə dair tələblər:

- Ali təhsil;
- Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili orta səviyyədə bilməli;
- Sürücülük vəsiqəsi: kateqoriya B;
- Yaş: 24-38;
- Şəxsi avtomobil

İş barədə məlumat:

- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Ziyarət nəticələrinin izlənilməsi;
- Nahar şirkət tərəfində təmin olunur;

İş yeri : Bakı şəhəri, 28 May metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.