Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi

  • PASHA Technology
  • Elanın qoyulma tarixi: 10.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

• "PAŞA Technology" MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi;
• Data Mərkəzlərində tətbiq olunan videomüşahidə sistemlərinə müvafiq operativ-texniki müdaxilənin edilməsi;
• Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
• Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması;
• Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi;
• Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
• Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilmiş cihazlarla bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
• Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi;• Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
• Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə və baş icraçı direktora məruzə etmək;
• TYCO, Bosch FSS və digər yanğınsöndürmə vasitələri ilə işləmək.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:
• Müvafiq istiqamət üzrə Ali təhsil;

Təcrübə
• Təhlükəsizlik əməliyyatları istiqaməti üzrə 3 il iş təcrübəsi;

Kompütür Bilikləri
• "Microsoft Office" proqramlarından istifadə bacarıqları ;
• Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
• Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:
• İngilis dili - Yaxşı
• Azərbaycan dili - Ana dili
• Rus dili – Yaxşı

Fərdi bacarıqları Davranışlar:
• Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
• Gündəlik əməliyyatlarda dürüst olmaq:
• Əməliyyatların keyfiyyətini təmin etmək;
• Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.

Son müraciət tarixi: 11 noyabr 2021-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.