Xidmətlər üzrə məsləhətçi (Xaçmaz)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
• Müştərilər arasında aparılan sorğularda iştirak;
• Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

• İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 oktyabr 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi (Reception) – Xaçmaz filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi