İnsan Resursları üzrə mütəxəssis

  • AMOTRADE MMC
  • Elanın qoyulma tarixi: 06.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri (qısa təsvir):

• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;
• Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Aylıq tabelin hazırlanması və əmək haqqlarına nəzarət edilməsi;
• İşçi seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, məlumatların, CV bazasının idarə olunması);
• Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və verilməsi verilməsi;
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
• Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.

Namizədə olan tələblər:

• Ali təhsil
• Müvafiq sahədə ən azı 4-5 il iş təcrübəsi
• AR Əmək Məcəlləsinin mükəmməl biliyi
• Azərbaycan dilində mükəmməl yazı və ümsiyyət bacarığı, Rus və ingilis dili biliyi arzuolunandır.
• MS Office (Word, Excel, Power point);
• 1 C proqamında sərbəst işləmək bacarığı;
• Güclü ünsiyyət və İdarəetmə bacarıqları;

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İş qrafiki : 6 günlük
İş vaxtı: 9:00 – 18:00
İstirahət günü: Bazar günü

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.