İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi.
• Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq.
• İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
• Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
• Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
• Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək.
• İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
• Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək.
• Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək
• İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.

TƏLƏBLƏR:

• Ali təhsil;
• İnsan Resursları sahəsində minimum 3 il təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
• Azərbaycan və Rus dilini əla bilmək
• Qabaqcıl PC istifadəçisi;
• Ünsiyyət qurma bacarığı;
• Problemləri həll etmə bacarığı;
• Detallara xüsusi diqqətlilik;

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 29.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi