Sığorta riskləri və ehtiyatların hesablanması şöbəsinin eksperti-aktuarisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 05.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

• Yerli və beynəlxalq qanunvericiliyə əsasən ehtiyatların hesablanmasına nəzarət
• Sığorta riski əsaslı nəzarət sisteminin təkmilləşdirilməsi
• Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak (qiymətləndirmənin adekvatlığı, portfel analizi, təkrarsığortanın effektivliyi, büdcələmə prosesində iştirak)
• Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi

Namizədə olan tələblər:

İş təcrübəsi: Risklərin idarə edilməsi və ya aktuar sahəsində ən az 3 il təcrübəsi.
Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, riaziyyat üzrə bakalavr təhsili.
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla).
Üstünlüklər: P/FM/FRM imtahanların nailiyyəti.
Kompüter bilikləri: Microsoft Office (əla), R (zəif), SQL (əla)
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi