Keyfiyyət və SƏTƏM üzrə mütəxəssis

  • Debet Safety
  • Elanın qoyulma tarixi: 04.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi və auditlərin aparılması
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət,
- Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və s.

Bilməlidir:

- İSO 9001:2015 , İSO 45001-2018, İSO 19011 və s. standartının əsaslarını;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidi
- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;

İş şəraiti:

- Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
- 5 günlük iş həftəsi ( 09:00 – 18:00)
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,
- Bayram, hüzn və qeyri iş günlərində şirkət çalışmır

CV-ləri mövzu bölməsində Keyfiyyət və SƏTƏM üzrə mütəxəssis qeyd etməklə, [email protected] göndərmək olar.

Əlaqə nömrə : 050 286 69 80