İş barədə məlumat:
• Vergi uçotu və DSMF ilə bağlı əməliyyatların, statistika ilə bağlı bütün hesabatların həyata keçirilməsi;
• Tikinti sahəsinə aid olan pul vəsaitinin uçotunun izlənilməsi və hərəkətinə nəzarət edilməsi;
• Ödəniş tapşırıqlarının hazırlanması;
• Xərclər smetasının hazırlanması, zərərlərin qarşısını alınması məqsədilə tədbirlərin həyata keçirilməsi;
• Müvafiq dövlət idarələri ilə yazılı və ya şifahi danışıqların aparılması;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunun aparılması və mühasibat uçotu hesabatlarında onların dövriyyəsinin izlənilməsi;
• Vergi Hesab Fakturalarının və E-Qaimələrin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
• Müvafiq sahə üzrə ali təhsil;
• Mühasib kimi 1-3 il iş təcrübəsi;
• MS Office və 1C 8.3 proqramları üzrə biliklərə sahib olmalı;
• Vergi və Əmək qanunvericilikləri üzrə məlumatı olmalı;
• Məsuliyyət, komandada işləmə bacarığı, diqqət.
İş şəraiti:
• İş qrafiki: 09:00-18:00;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
• İş yeri: Nərimanov rayonu, Luxen Plaza;
• Əlaqə nömrəsi: 051-201-21-97, 051-201-21-18.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.