Auditor köməkçisi

  • Fostanpak MMC
  • Elanın qoyulma tarixi: 23.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
• Zəruri hallarda şirkətin daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
• Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
• Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
• Müştərilərlə baş vermiş əməliyyatları yoxlamaq;
• Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
• Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Yalnız bəy namizədlər;
• Yaş 23-30;
• Ali təhsil (iqtisadi və ya hüquqi);
• Sahə üzrə minimum 6 ay iş təcrübəsi (digər maliyyə təşkilatlarında təcrübənin olması nəzərə alınır);
• Analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
• Excel proqramında işləmək bacarığı;
• Yüksək ünsiyyət bacarığı;
• Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
• Şəxsi avtomobilinin olması mütləqdir

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində vakansiyanın adını mütləq qeyd edin.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected][email protected] mail ünvanlarına göndərmələri və e-mailin mövzu hissəsində mütləq vakansiyanın adını yazmaları tələb olunur.

Uyğun namizədlər ilə əlaqə saxlanılacaq.