Mühasib

  • İsmixanli MMC
  • Elanın qoyulma tarixi: 21.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

- Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsini mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
- Debitor və kreditor qalıqlarına nəzarət və periodik olaraq üzləşmələrin aparılması;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;
 -Daxilolan e-qaimələrin yoxlanılması, müvafiq şöbələrlə təsdiq edilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək;
- Təhtəl hesab, avans hesabatının aparılması və qalıqlara nəzarət etmək.

Tələblər:

- Ali təhsil;
- Müvafiq vəzifə üzrə 4 ildən az olmayan iş təcrübəsi;
- Word, Excel, 1C-8.3 proqramlarını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili (Rus və İngilis dil biliyi arzu olunandır);
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.

Digər məlumatlar:

- İş yeri: Bakı şəhəri;
- İş rejimi: saat 09.00-dən 18.00;
- Əmək haqqı: 1000-1300 AZN

E-mail: [email protected]

İsmixanli MMC tərəfindən digər vakansiyalar