Maliyyə Direktoru

  • İsmixanli MMC
  • Elanın qoyulma tarixi: 26.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin məqsədi: Şirkətin maliyyə fəaliyyətini idarə etmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək, büdcə planlamasını həyata keçirmək və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək.

Əsas vəzifələr:

Strateji maliyyə planlaşdırılması:

  • Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasını təmin etmək
  • Qısa və uzunmüddətli maliyyə planlarının tərtib edilməsi
  • İnvestisiya qərarlarında iştirak edərək risk və gəlir təhlillərini aparmaq

Büdcə və maliyyə idarəetməsi:

  • Büdcənin hazırlanması və icrasına nəzarət etmək
  • Gəlir və xərc proqnozlarını hazırlamaq
  • Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi; 
  • Müəyyən olunmuş qaydalara müvafiq olaraq Müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək; 
  • Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itgi və qeyri-istehsal xərclərinin qarşısının alınması məqsədilə digər bölmə və xidmətlərlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında idarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
  • Mühasibat sənədlərinin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verməsini təşkil etmək;

Maliyyə hesabatları və analiz:

  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul axını) hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Maliyyə sistemini daim yeniləmək və yeniliklərə uyğunlaşdırmaq;
  • Maliyyə göstəricilərinin təhlili və nəticələrin şərhi
  • Şirkətin maliyyə sağlamlığını qiymətləndirmək və rəhbərliyə məsləhətlər vermək

Daxili nəzarət və uyğunluq:

  • Qanunvericiliyə və mühasibat uçotu standartlarına uyğunluğu təmin etmək
  • Daxili audit prosedurlarını hazırlamaq və həyata keçirmək
  • Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək
  • Aylıq və gündəlik daxili hesabatların hazırlanması;

Risklərin idarə edilməsi:

  • Maliyyə risklərini müəyyənləşdirmək və minimallaşdırmaq
  • Sığorta və digər riskə qarşı tədbirlərin görülməsinə nəzarət etmək

Komanda idarəçiliyi:

  • Tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır;
  • Komanda üzvlərinin peşəkar inkişafına dəstək olmaq

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
  • Maliyyə idarəçiliyi sahəsində ən azı 5 illik iş təcrübəsi
  • Xarici dil: İngilis, Rus, Azərbaycan dilləri yaxşı səviyyədə 
  • Beynəlxalq mühasibat uçotu standartları (IFRS) və yerli qanunvericilik bilikləri
  • Analitik düşünmə qabiliyyəti və strateji yanaşma
  • Rəhbərlik və komanda idarəetmə bacarığı
  • Peşəkar səviyyədə MS Office proqramları və mühasibatlıq proqramlarında sərbəst işləmə bacarığı

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (həftə içi 6 gün)
  • Nahar fasiləsi: 13:00 - 14:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
  • İş yeri: Bakı şəhəri