İnsan Resursları üzrə Mütəxəssis (Mingəçevir)

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
• Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
• İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
• İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Tələblər:

• İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
• Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
• Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1 С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
• Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Problemləri həll etmə bacarığı.
• İngilis və rus dili arzu olunandır;

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS İnsan Resursları üzrə Mütəxəssis MİN” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.