Restoran Əməliyyat Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Brendin/şəbəkənin İnkişaf etdirilməsi prosessini icra edir
• Satış nöqtələrin gündəlik/həftəlik sifarişlərini kafe menecerləri tərəfindən vaxtında hazırlanmasını yoxlayır, sifarişin həmin kafenin satışına uyğun olmasını yoxlayır və sifarişlərin vaxtında yerləşdirilməsini təşkil edir. Ambardan sifariş olunan malların təchizatını təşkil edir
• Satış nöqtələrin iş rejimini müəyyən edir və həmin rejimə nəzarət edir
• Tabeçiliyində olan satış nöqtələrin iş qrafiki müəyyən edir və icrasına nəzarət edir
• Satış nöqtələrin Brendin bütün standartlarına uyğunluğunu təmin edir, ələxsus- işçilərin uniforması, işçilərin zahiri görünüşü, müştərilərə təqdim olunan servisinin səviyyəsini və interyerin, avadanlıqların vəziyyətini
• Öncədən hazırlanmış kafelərin vizit qrafikinə uyğun kafeləri gəzir və əməliyyat çekinq list vasitəsi ilə kafelərin vəziyyətini yoxlayır
• Satış nöqtələrinə işçiləri işə götürür
• Satış nöqtələrin təyin olunmuş aylıq satış planlarını yerinə yetirir
• İstifadə olunan məhsulların beynəlxalq və yerli tədarükçülərdən sifarişini edir
• Satış nöqtələrin aylıq tullantıların minimum həddini aşmamasına nəzarət edir
• Tabeçiliyində olan kafelərin sanitar qiqiyena və təhlükəsizlik standatlarına riayət olunmasına nəzarət edir
• İtkilərin qarşısını alır
• Avadanlıqların vaxtı-vaxtında təmir edilməsini və daim saz vəziyyətdə olmasını təşkil edir
• Ümumi anbara daxil olan malları qəbul edir və onlara cavabdehliyi daşıyır.

Əsas tələblər:

Təhsil:
• Bakalavr dərəcəsi, Biznesin İdarəedilməsi/Menecment və ya digər müvafiq sahədə arzuolunandır

Təcrübə:
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
• İdarəetmə sahəsində ən az 1 il təcrübə

Professional biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
• MS Office proqramlarını bilmək
• Qida məhsullarının saxlanılma şəraiti və müddəti haqqında güclü biliklər

Professional bacarıqlar və kompetensiyalar:
• Liderlik
• Ünsiyyət bacarıqları
• Motivasiya bacarıqları
• Danışıqların aparılması
• Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Restoran Əməliyyat Meneceri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi