Satış meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yerli bazarda ehtiyat hissələri üzrə yeni satış mərkəzlərinin axtarışı və onlarla əməkdaşlıq əlaqələrinin qurulması;
  • Satış mağazaları ilə mütəmadi görüşlərin təşkili və məhsulların təqdimatında iştirak;
  • Təklif olunan məhsulların keyfiyyət, çeşid və qiymət göstəricilərinin müqayisəli təhlili;
  • Bazar qiymətlərinin və dəyişikliklərin izlənilməsi, aylıq hesabatların hazırlanması;
  • Yeni məhsullar üzrə bazar dinamikasının araşdırılması;
  • Şirkətin satınalma şöbəsi ilə koordinasiyalı şəkildə işləmək.
  • Müştəri sifarişlərini qəbul etmək, anbarla əlaqələndirmək;
  • Satış prosesini və sənədləşməni düzgün aparmaq;
  • Mövcud məhsulların stok vəziyyətini izləmək.

Tələblər:

  • Ali təhsil;
  • Ehtiyat hissələri sahəsində ən azı 3 il iş təcrübəsi (arzuolunandır);
  • Yerli bazar barədə ümumi bilik;
  • Aktiv ünsiyyət və təqdimat bacarığı;
  • Analitik düşünmə, müqayisə və qiymətləndirmə bacarığı;
  • Məsuliyyətli və təşəbbüskar olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 6 gün, 
  • Əmək haqqı: 1000 Azn və bonus

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.