HelpDesk

  • Qala Group
  • Elanın qoyulma tarixi: 16.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İT departamentinə daxil olan müraciətlərin qəbul olunması, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması
• Notbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək
• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi
• Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə olmasının təmin edilməsi
• Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi
• Müxtəlif qeyri-standart vəziyyətlərin həllini təklif etmək
• Birbaşa rəhbər və müdiriyyətin verdiyi tapşırıqları vaxtında və düzqün qaydada yerinə yetirmək

Vəzifəyə dair tələblər:

• Windows ailəsinə məxsus əməliyyat sistemləri ilə və MacOS əməliyyat sistemləri üzrə nəzəri və praktik biliklər
• Xarici dil bilikləri: rus (səlis yazı və danışıq bacarığı) və ingilis dili bilikləri (texniki səviyyədə)
• PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı
• Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
• Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq
• İT ixtisası üzrə sertifikatlar arzuolunandır
• Uyğun sahə üzrə minumum 2 il iş təcrübəs
• Məntiqli düşünmə və problemləri araşdırma qabiliyyəti

Digər məlumat:

• Beş günlük iş qrafiki .Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
• Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

Xahiş olunur şəkilli CV-ləri [email protected] e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adın“HelpDesk” qeyd edin.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar