İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Müştəriyə texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, müştəriyə yerində yardım göstərilməsi;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması;
- Nəzarət-kassa aparatlarında proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar: 
	- Microsoft Windows və Android əməliyyat sistemləri barəsində biliklər;                                            
- Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;                               
- Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;                          
- Kompyüter texnikası haqqında ümumi anlayış;
- Şəbəkə avadanlıqları haqqında ümumi anlayış;
- Nasazlıqların axtarışı üzrə bacarıqlar;            
- Xidmət masası (Service Desk) ilə iş təcrübəsi;
- Microsoft Office proqramlarından istifadə təcrübəsi
Əlavə məlumatlar:
	- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00 
Maraqlananlar CV-lərini  “Texniki dəstək üzrə kiçik mütəxəssis” başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.