Baş aşpaz

  • TAİS İKF
  • Elanın qoyulma tarixi: 13.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş aşpazın ən azı 5 il iş təcrübəsi MÜTLƏQ olmalıdır.

Öhdəliklər:

- Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
- Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.
- Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

İşin funksiyaları:

- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
- Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək.
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Müraciət qaydaları:

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV [email protected] elektron poçtuna göndərməlidir. Elektron poçtu müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur. Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.