Ofis meneceri

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 13.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

• Yaş: 21-35 yaş arası;
• Təhsil: Ali və ya orta ixtisas
• Cinsi: Qadın;
• Dil bilikləri: Azərbaycan dili əla, rus dili əla, ingilis dilini bilməsi üstünlükdür;
• Öyrənmək qabiliyyəti, analitik düşünmə bacarığı, cəld qərar vermək və fəallıq;
• Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
• Dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
• Yüksək məsuliyyət, diqqətcil olmaq.

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək, ümumi mailə gələn e-maillərin cavablandırılması;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Ofisə gələn müştərilər və qonaqları qarşılamaq, rəhbərliyə yönləndirmək;
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların tərtib edərək rəhbərliyə təqdim etməsi;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Rəhbərliyin və İR tapşırıqlarını icra etmək;
• Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə müvafiq yönləndirilməsi; Kuryerlə göndərilməsi;
• Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin scan olması, electron serverə təsnifatına uyğun yerləşdirilməsi;
• Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;

Şərtlər:

• AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş qrafiki: növbəli 10:00-19:00
• Karyera yüksəlişi imkanı mövcuddur.
• Əmək haqqı 400 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Ofis meneceri” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.