İşə Qəbul üzrə Administrator

  • SSI Retail MMC
  • Elanın qoyulma tarixi: 08.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin rolu:

Bu vəzifənin rolu vəzifə meyarlarına əsasən namizədlərin seçimini həyata keçirmək və razılaşdırılmış müddətdə vakansiyanı bağlamaqdır.

Vəzifə öhdəlikləri:

• ERP-dəki vakansiyaları nəzərdən keçirir və sonrakı işəqəbul prossesini dəqiqləşdirir
• Müvafiq struktur rəhbəri ilə iş təsvirini və işə qəbul meyarlarını nəzərdən keçirir
• İş elanlarını hazırlayır və müəyyən edilmiş mənbələrdə iş elanlarını yerləşdirir və yeniləyir
• Mövqelərin meyarlarına əsasən “CV skrininq” həyata keçirir
• Namizədlərlə ilkin müsahibələr təşkil edir
• Seçilən namizədləri müvafiq struktur rəhbərinə təqdim edir və onunla birgə müsahibələrdə iştirak edir
• İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlayır, ERP-dəki vakansiyanı bağlayır və iş təklifini göndərir
• CV verilənlər bazasını nəzərdən keçirir və yeniləyir

Əsas tələblər:

Təhsil:
• Ali təhsil (Biznesin İdarəedilməsi və İnsan Resurslarının İdarəedilməsi üzrə olması üstünlükdür)

Təcrübə:
• İşəqəbul üzrə Mütəxəssis vəzifəsində ən az 2 il iş təcrübəsi

Professional biliklər:
• İşə qəbul prossesi
• İşə qəbul mənbələri
• Rus və İngilis dilləri yaxşı səviyyədə
• MS Office proqramları

Professional bacarıqlar və kompetensiyalar:
• Müsahibə aparmaq bacarığı
• Tədqiqat bacarıqları
• Ünsiyyət bacarıqları
• Nəticə yönümlülük
• Komandada işləmək
• Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.