Anbar rəhbəri

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 08.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bölmənin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
• Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
• Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
• Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək;
• Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək;
• Malların qəbul edilməsi və təhvil verilməsi zamanı təmizlik, təhlükəsizlik qaydalarına və intizama riayət etmək;
• Anbardakı proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün bütün ehtiyatlardan qənaətlə istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi və əmək sərfinin aşağı salınması üzrə iş aparmaq.

Tələblər:

• Anbar sahəsində minimum 5 illik, anbarın idarə olunması üzrə minimum 2 illik iş təcrübəsi;
• MS Office bilikləri;
• Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
• Analitik və problemləri həll etmək bacarığı;
• İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
• Cəld, dəqiq və məsuliyyətli olmalı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbar rəhbəri” qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi