Direktorun köməkçisi

  • SSI Retail MMC
  • Elanın qoyulma tarixi: 06.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin rolu:

Bu vəzifənin rolu hesabatların hazırlanmasını, iclasların xülaləsinin hazırlanmasını, biznes partnyorlar ilə yazışmaların aparılmasını təmin etməkdir

Vəzifə öhdəlikləri:

• Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materiallarının baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak edir
• Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını təşkil edir
• İclas və müşavirələrdə iştirak edir, habelə göstərilən iclas və müşavirələrin yekunlarını məruzə edir
• Mağazalar və Mərkəzi Anbar üçün təsərrüfat mallarının sifarişini təşkil edir
• SMS bazalarının mütəmadi yenilənməsini və müştərilərə SMS-lərin göndərilməsini təşkil edir
• Zəruri hesabatların hazırlanmasını təşkil edir
• Aylıq zəruri ödənişlərin ödənilməsini təşkil edir

Əsas tələblər:

Təhsil:
• Ali təhsil

Təcrübə:
• Müvafiq sahədə ən azı 6 ay iş təcrübəsi

Professional biliklər:
• MS Office Proqramları
• İngilis və Rus dilləri

Professional bacarıqlar və kompetensiyalar:
• Stressə davamlılıq
• Analitik düşünmə
• Məsuliyyət
• Zamanın idarəolunması
• İşgüzar yazışma bacarığı
• Komandada işləmək
• Hesabatların hazırlanması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Direktorun köməkçisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.