İnsan resursları üzrə mütəxəssis

  • V Hospital
  • Elanın qoyulma tarixi: 06.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HR vəzifə öhdəlikləri:

- Ştat cədvəllərinin və təşkilati strukturun hazırlanması (əmr, əsasnamələrin prosedura uyğun hazırlanması)
- Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin sənədləşdirilməsi (qəbulu, Qanunvericiliyin tələblərinə uyğun əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarət, həmçinin arayışların yazılması və qeydiyyatı)
- Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi
- E-gov.az Elektron Hökumət Portalında, its.gov.az portalında işləyə bilmək
- Vəzifə təlimatlarının hazırlanması
- İşçilərin qeydiyyatı və sığortalanması ilə bağlı Dövlət Qurumları, Qeyri Dövlət qurumları ilə əlaqəli işlərin görülməsi
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi və ayın sonu dəvamiyyət tabellərinin hazırlanaraq mühasibatlığa təhvil verilməsi;
- Əmək haqqı hesablaması üçün mühasibat şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
- Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- Əmək kitabçalarının yazılması, əmək haqqı kartlarının sifarişi
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
- Əcnəbi və vətandaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində iş icazəsinin alınması üçün tələb olunan sənədlərin toplanması, anket formaların tərtib edilməsi

Tələblər:

- Ali təhsil
- AR Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word,
- Azərbaycan dilini mükəmməl bilməli
- İnsan resursları sahəsində azı 5 il təcrübəsi (səhiyyə sektorunda təcrübəsi olmağı üstünlükdür)

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərsinlər.