İqtisadi Təhlilçi

  • ZQAN Holdinq
  • Elanın qoyulma tarixi: 22.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Cinsi: Kişi-Qadın
Yaşı: 25-40
Əmək haqqı: 800-1000 AZN

Vəzifə təlimatları:

• Gələcəkdə nəzərdə tutulan investisiya (sərmayə) yatırımlarını həyata keçirmək və bu istiqamətdə qərar vermək ilə əlaqəli iqtisadi şərt və şəraitlərin proqnozlaşdırılması məqsədilə maliyyə, iqtisadi məlumatlara dair təhlillərin aparılması
• Maliyyə üzrə araşdırma və tədqiqatların həyata keçirilməsi
• Maliyyə risklərinin səviyyəsinin qiymətləndirilməsi
• Dəyərin qiymətləndirilməsi üzrə statistik metodlardan istifadə edilməsi
• Maliyyə fəaliyyəti ilə əlaqəli bu və ya digər məsələlərə dair mühüm materialların, sənədlərin tələb olunması və əldə edilməsi
• Hazırki vəzifə təlimatlarında göstərilmiş vəzifə və öhdəliklərlə bağlı işlərin təkmilləşdirilməsi üzrə təkliflərin rəhbərliyə təqdim olunması

Tələblər:

• Yüksək riyazi bilik və qabiliyyət
• Məntiqi təfəkkür
• Analiz, sintez və qəbul edilən məlumatları ümumiləşdirmək bacarığı və qabiliyyəti
• Diqqətlilik
• Sənəd və rəqəmlərlə işləmək bacarığı
• Eyni tipli işlə və fəaliyyətlə uzun müddət məşğul olmaq bacarığı
• Hər tərəfli və mükəmməl biliyə malik olmaq, daima öz bilik və bacarıqlarını, bilik səviyyəsini və ixtisasını artırmağa meylli olmaq, müstəqil surətdə özünütəkmilləşdirmə ilə məşğul olmaq  
• Xarici dillərdə danişmaq bacarığı (mütləq deyildir,bununla belə xarici dilə üstünlük verilir)
• Ünsiyyət qurmaq, təşkilatçılıq, məsuliyyətli olmaq və mütəşəkkil surətdə işləmək bacarığı, liderlik qabiliyyəti
• Dözüm və təmkin tələb olunan gərgin situasiyalarda işləmək bacarığı

E-mail:  [email protected]