ZQAN Holdinq -


    Bakı, 10 may. 2005-ci ildə fəaliyyətə başlayan “ZQAN Holdinq” artıq səkkiz ildir ölkənin iqtisadi həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərən şirkətlərlə təmsil olunmuşdur. Hazırda “ZQAN Holdinq” tikinti materialları, sığorta, telekommunikasiyalar, mehmanxana biznesi, sağlamlıq-əyləncə mərkəzləri, tikinti, nəqliyyat, yük daşınmaları, habelə daşınmaz əmlak və daşınmaz əmlakın idarə olunması, reklam xidmətləri, restoran servisi, turizm kimi sektorları əhatə edir. Qeyd edək ki, holdinq tərkibinə daxil olan şirkətlərin fəaliyyətinə və strateji qərarlarına bilavasitə nəzarət edir, istehsalat və xidmətlərin keyfiyyətini tənzimləyir. “ZQAN Holdinq” fəaliyyətinin səkkizinci ilində yeni sektor – kənd təsərrüfatı istehsalını mənimsəmiş, habelə bir sıra yeniliklər tətbiq edərək inkişafının yeni mərhələsində olduğunu nümayiş etdirmişdir. Belə ki, holdinq şirkət bu ildən etibarən “ZQAN Holdinq” korporativ adını dəyişərək, “Garant Holdinq” ilə  xəbər verir ki, mətbuat konfransında “Garant Holding”in İdarə heyəti şurasının sədri Vaqif Həsənov çıxış edərək bildirmişdir ki, rebrendinq gedişatında bu mövzuya bütün kollektiv cəlb olunmuşdur. Onların hər birinə yeni ad barədə düşünüb öz fikirlərini bildirmək təklif edilmişdir. Müzakirələrin nəticələrinə görə, məhz “Garant” sözü seçilmişdir. Bu ada üstünlük verilməsinin səbəbi budur ki, həmin söz beynəlxalq sözdür və bir çox dillərdə eyni cür səslənir. V.Həsənov demişdir: “Unutmaq olmaz ki, istehlakçılara yaxşı tanış olan “Qarant Sığorta” şirkəti də holdinqə daxildir. Yəni yeni ada vərdiş etmək çətin olmayacaqdır. Biz yeni adımızı təbliğ etmək üçün bir neçə tədbir planlaşdırırıq. Belə ki, tezliklə yeni veb-sayt buraxmağa hazırlaşırıq. Bundan əlavə, bu gün Vyanada ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə “K-1” üzrə turniri start götürür. “Garant Holding” həmin yarışların “Qızıl sponsoru”dur.