F&B Menecer

İşin təsviri

Vəzifənin rolu:

Bu vəzifənin rolu brend standartlarına uyğun kafe şəbəkəsinin idarəolunmasını və işini təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

• Kafelərin vaxtında açılmasını təmin edir
• Kafelərin aylıq satış planlarını təmin edir
• Kafelərin təyin olunmuş aylıq orta çekini təmin edir
• Kafelərin aylıq tullantıların təyin olunmuş miqdarda olmasını təmin edir
• Ay ərzində məhsulların təyin olunmuş sərfiyyatına nəzarət edir
• Kafe işçi heyətinin yüksək xidmət səviyyəsini təmin edir
• Həftəlik çekinq list hesabatı hazırlayır
• Anbarlardan məhsulları FİFO üzrə paylanmasını təşkil edir
• Məhsulların keyfiyyətinə nəzarət edir
• Tədarükçü şirkətin tələblərinə uyğun işi təşkil edir, minimal alış qiymətlərə nail olur
• Avadanlıqların vaxtı-vaxtında təmir edilməsini təşkil edir
• Kafelərdə lazımi işçi sayını vaxtında təmin edir
• Ümumi anbarda daxil olan malları qəbul edir və onlara cavabdeh olur
• Menyu tərtibatı və dəyişikliyi və kalkulyasiyası
• Merçendayzinq işlərinin icrasını təmin edir
• Keyfiyyətə nəzarət edir.

Əsas tələblər:

Təhsil:
• Bakalavr dərəcəsi, Biznesin İdarəedilməsi/Menecment və ya digər müvafiq sahədə arzuolunandır

Təcrübə:
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
• İdarəetmə sahəsində ən az 1 il təcrübə

Professional biliklər:
• Qida məhsullarının saxlanılma şəraiti və müddəti haqqında güclü biliklər
• Rus dili mükəmməl, İngilis dili orta səviyyədə
• MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar:
• Liderlik
• Ünsiyyət bacarıqları
• Motivasiya bacarıqları
• Danışıqların aparılması
• Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “F&B Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi