Ticari Marketing üzrə kiçik mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

- Həftəlik ümumi kompaniya üçün təkliflərin hazırlanması
- Kompaniya reklam materiallarının hazırlanması (kassadaxüsusi təklif və s.)
- Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Kompaniya satış departamentinə elan edilməsi
- Kampaniyadan əvvəl növbəti həftənin kampaniyasında olan promosyonların test edilməsi və satış komandasına məlumat verilməsi.
- Hazırlanan P.O.S materialların yoxlanılması və təhvil verilməsinə nəzarət.
- Kompaniyadan öncə məhsulların bölgüsü üçün tapşırıq göndərməsi və prosesə nəzarət
- Kompaniya plan cədvəlinə uyğun məlumatların daxil edilməsi üçün müvafiq strukturlardan məlumatların toplanılması və aktivlik dövründə prossesin izlənilib, hesabatın hazırlanıb üst rəhbərinə təqdim edilməsi.

Namizəddən tələblər:

- Marketinq, jurnalistika və iqtisadiyyat yönümlü digər ali təhsil ixtisaslaşması vacibdir.
- Satış, merçendayzinq, marketinq və ya bənzər sahədə 1 il təcrübəsi olmalıdır.
- Azəbaycan dilində səlis danışıq qabiliyyəti olmalı, düzgün qrammatik yazı vərdişinə malik olmalıdır. Rus dili biliyi əlavə üstünlükdür.

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Əmək haqqı – 500-800 AZN (namizədə görə)

Maraqlanan namizədlər mövzu yerində “Ticari Marketing üzrə kiçik mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.