Marketing assistant

İşin təsviri

İş barədə məlumat:

- Şirkət veb səhifəsi və sosial şəbəkələri daxil olmaqla marketinq strategiyalarının yaradılması;
- Marketing üçün proqramın hazırlanması və tətbiqi üzrə satış komandası ilə sıx əməkdaşlıq edilməsi;
- Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
- Marketinq planlarını, kompaniya nəticələrini və layihə tövsiyələrini inkişaf etdirmək və şirkətin rəhbərliyinə hesabat verilməsi;
- Nəşriyyat materiallarının (vizit kartları, firma blankları, dəvətnamələrin ) hazırlanması
- Tədbirlərin ( sərgi, təqdimat, reklam aksiyaları) təşkilində iştirak
- Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
- Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər)

Namizəddən tələblər:

• Müvafiq sahədə 1 illik iş təcrübəsi;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində təcrübəyə malik olmaq;
• Azərbaycan və Rus dillərindən birini bilmək;
• Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Əmək haqqı – 500-800 AZN (namizədə görə)

Maraqlanan namizədlər mövzu yerində “Marketing assistant” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.