İT Dəstək Üzrə Mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İT dəstək üzrə göndərilən son istifadəçi sorğularını həll etmək;
- Həll edilmiş sorğuların və həllərin qeydiyyatını aparmaq;
- Aktiv sorğuları ən son məlumatlara uyğun və detallı şəkildə yeniləmək;
- İT Dəstək üzrə daxil olan elektron məktubları nəzarətdə saxlamaq;
- İstifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;
- Proqram təminatının yüklənməsi, sazlanması və yarana biləcək problemlərin həlli;
- Müşahidə kameralarının quraşdırılması (Şirkətin Telekommunikasiya komandasının rəhbərliyi ilə);
- Şirkətin Telekommunikasiya Komandasının idarəçiliyi altında strukturlu LAN kabelləşməni icra etmək;
- İstifadəçilərə məxsus qurğuların şəbəkə sistemi ilə təmin olunması və əlaqəli problemlərin həlli;
- Son istifadəçilərə İT üzrə ilkin təlimat vermək;
- Yeni texnologiyaları öyrənmək üçün maraq və bacarıqları nümayiş etdirmək;

Tələb olunan təcrübə:

- Tələb olunan sahə üzrə ən az 1 il təcrübə

Bilik və Bacarıqlar:

- Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
- Windows əməliyyat sistemlərində işləmə bacarığı;
- Microsoft Office proqramından istifadə təcrübəsi;
- Windows Server, Active Directory və Group Policy anlayışından xəbərdar olma;
- Ethernet, İP və şəbəkə cihazlarının (kommutatorlar/marşrutlayıcılar) iş prinsiplər barədə ümumi məlumatlı olmaq;
- Problemləri düzgün analiz edə bilmə bacarığı;
- Azərbaycan dilində son istifadəçilərlə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
- İngilis və rus dillərində texniki ifadələri anlama bacarığı;
- Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Dəstək Üzrə Mühəndis” göstərməyiniz xahiş olunur.

Digər mövzulu müraciətlər diqqətdən kənar qala bilər.