Texniki məsələlər üzrə menecer

  • AzerBlast MMC
  • Elanın qoyulma tarixi: 11.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə səlahiyyətləri:

• Cəmiyyətin İcraçı direktorunun, digər vəzifəli şəxslərinin öz fəaliyyətinə aid olan qərarları ilə tanış olmaq;
• Onun tərəfindən yerinə yetirilən vəzifələrə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
• Elektrik dövriyyəsinin hesablanması;
• Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması üzrə təklifləri Cəmiyyət rəhbərliyinin təqdimatına irəli sürmək;
• Müvafiq məsələlər ilə bağlı Cəmiyyətin bütün (ayrı-ayrı) struktur bölmələrinin rəhbərləri ilə qarşılıqlı əlaqələr qurmaq;
• Öz vəzifə borclarının və hüquqlarının icrasında Cəmiyyət rəhbərliyindən kömək göstərilməsini tələb etmək;

Vəzifə ohdəlikləri:

• Fəaliyyət sahəsi üzrə tədarük olunan məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun qəbul edilməsi;
• Məhsulun və hazır məhsulların saxlanmasında profilaktik tədbirlərin vaxtında yerinə yetirmək;
• İstehsal prosesini davamlı fəaliyyətini təmin etmək;
• İstehsaldan alınan hazır məhsulların keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə uyğun olmasını təmin etmək;
• Tədarük,saxlanma və istehsalda istifadə olunan avadanlıq,qurğu, mexanizmlərin cari və əsaslı təmirinin vaxtında yerinə yetirilmək;
Namizədə aid tələblər:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, analiz etmə bacarığı,şəxsi və peşəkar inkişaf, hesabat yazma bacarığının olması;
• İş dövründə vaxtdan səmərəli istifadə etmək bacarığı;
• Mühəndis sahəsi üzrə idarəçilik bacarığı;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydarlarını bilməsi;
• Müvafiq qanunvericilikdə nəzərədə tutulan akt və normalar barədə yetərincə biliyə malik olması;
• Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili – yaxşı;
• Kompüter biliyi: Microsoft Office (Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) həmcinin (AutoCAD, ArchiCAD,İnventor və s)
• Təhsili: Mühəndis-mexanik ixtisası üzrə və ya Texniki ali təhsil

Göstərilən tələblərə uyğun namizədlər [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerBlast MMC tərəfindən digər vakansiyalar