Xəzinədar

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 08.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xəzinədarın vəzifə funksiyaları:

- Nağd pul vəsaitləri ilə bağlı əməliyyatların mühasibat kitablarına gündəlik əsasda işlənməsi
- Nağd pul vəsaitləri ilə bağlı əməliyyatların şirkətin daxili siyasət və prosedurlarına, qanunvericiliyin tələblərinə uyğun aparılması
- Gündəlik, həftəlik və aylıq kassa hərəkəti barədə hesabatların zamanında hazırlanması və baş mühasibə təqdim olunması
- Gündəlik nağd yığımların şirkətin xəzinədarlığına dərhal təqdim olunmasına nəzarət edilməsi
- Şirkətin xəzinədarlığına daxil olan gündəlik yığımların dərhal şirkətin bank hesabına yatırılması
- Xəzinədarlığın təsdiqlənmiş əməliyyat proseslərinə və daxili prosedurlarına ciddi şəkildə əməl olunması
- Xəzinədarlıq daxilində aparılan və şirkətə məxsus nağd pul vəsaitlərinin hərəkəti barədə əməliyyatların məxfiliyinin təmin olunması
- Kassa qalıqlarının gündəlik inventarizasiyasını keçirmək
- Nağd pul vəsaitlərin kassaya mədaxil və məxaricini qanunvericiliyin, daxili siyasət və prosedurların tələblərinə uyğun rəsmiləşdirilməsi

Tələblər:

- Ən azı 1 il xəzinədar vəzifəsində iş təcrübəsi
- Ali təhsili (bakalavr dərəcəsi) olanlara üstünlük verilir (iqtisadiyyat profilli təhsili olanlara üstünlük verilir)
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
- 1C: Mühasibat proqram təminatlarının istifadəçilərinə üstünlük verilir

İş qrafiki: 5 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Xəzinədar” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.