İnventara Nəzarət mütəxəssisi

İşin təsviri

Namizədə dair əsas tələblər:

• Ali təhsil (İqtisadiyyat, Maliyyə)
• Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Hesabat vermə bacarığı;
• Komandada işləmək bacarığı;
• İnventar nəzarətçisinin tələb olunan keyfiyyətlərini;
• Planlaşdırma və təşkilatçılıq bacarıqlarını;
• Analitik və nəticə yönümlü düşünmək qabiliyyətinə sahib olmaq;
• Problemlər qarşısında həll yolları axtarmaq və tapmaq;

Əsas vəzifə və öhdəliklər:

• İnventara Nəzarət mütəxəssisi bütün inventarları mütəmadi olaraq izləməli;
• Baş verə biləcək pozuntuların qarşısını almaq, vaxtaşırı inventarizasiya fəaliyyətlərini təşkil etmək və proses təkmilləşdirmələri həyata keçirməli;
• Struktur və ya Anbar sahəsində nəzarəti ilə əlaqəli hər cür fəaliyyətin planlaşdırılması və nəzarəti,
• Gündəlik stok hərəkətlərinə mütəmadi olaraq nəzarət etmək,
• Qüsurlu məhsul gəlirlərini müəyyənləşdirmək və izləmək;
• Sistem vasitəsilə inventarların vaxtaşırı yoxlanılması;
• Stok giriş və çıxış sənədlərinin yoxlanılması və müvafiq sistemdə qeyd edilməsi;
• Anbar inventarizasiya sistemindəki nasazlıqları araşdırmaq və onların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini təmin etmək;
• Stok büdcə tədqiqatlarının icrasına dəstək vermək;
• Aylıq və dövr sonu stok sayımlarının təşkili;
• İstehsal, satın alma, nəqliyyat və digər əlaqəli qruplarla əməkdaşlıq etmək;
• Stok fərqlərini araşdırmaq və təhlil etmək və mümkün inkişafları təklif etmək;
• İnventarların sayılması barədə müntəzəm hesabatların yaradılması və rəhbərliyə göndərilməsi;

İş şəraiti:

• Həftə ərzində 5 günlük iş qrafiki
• İş saatı: 09:00-18:00
• Əməkhaqqı 800 manat
• Cinsi – Fərqi yoxdur
• Yaş həddi : 23-35
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnventara Nəzarət mütəxəssisi” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar