Bişirici məişət texnikası üzrə kateqoriya meneceri

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 29.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər

• Öhdəliyində olan məhsul kateqoriyalarının (Bişirici məişət texnikası üzrə) inkişaf stategiyasının yazılması
• İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkəti təmin etmək.
• Məhsul kateqoriyasının strategiyasına uyğun təyin edilmiş hədəflər istiqamətində daim çalışmaq
• Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf planlarını hazırlamaq.
• Rəqabətcil bazarda daim tələb təklifə uyğun məhsulların aktuallığını qorumaq.
• Daha yaxşı qiymət və keyfiyyətə nail olmaq üçün mütəmadi təkliflərin hazırlanması
• Tabeçiliyində olan məhsulların bazar payının artırılması üçün aidiyyatı departamentlərlə birlikdə kordinasiyalı şəkildə yeni proyektlər üzərində çalışmaq.
• Yeni satış imkanlarının daim araşdırılması və satış strategiyalarının inkişaf etdirilməsi.
• Rəqiblərin fəaliyyətlərini daim araşdırmaq və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strategiyalar hazırlamaq və tətbiq etmək.

Tələblər:

• Bu sahədə ən az 1 il iş təcrübəsi
• Analitik düşüncə qabiliyəti.
• MS Office proqramlarında səlis işləmə bacarığı
• Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
• Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Bişirici məişət texnikası üzrə kateqoriya meneceri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.